Günəş, hormon və iltihabdan sonra yaranan ləkələrin diaqnostikası və müalicəsi.
Piqmentasiya dəridə melanin piqmentinin qeyri-bərabər toplanmasıdır. Ləkələr günəşdən, hormonal dəyişikliklərdən, iltihabdan və ya yaşla əlaqədar yarana bilər. Müalicəyə başlamazdan əvvəl ləkənin növünü dəqiq müəyyən etmək vacibdir.
Ən çox rast gəlinən növlər
Melazma: yanaq, alın və üst dodaqda simmetrik, hormonlarla və günəşlə əlaqəli ləkələr
Günəş ləkələri (lentigo): açıq qalan nahiyələrdə yaranan qəhvəyi ləkələr
Postiltihabi piqmentasiya: akne, yara və ya qıcıqlanmadan sonra qalan izlər
Çillər: irsi meylli, yayda tündləşən xırda ləkələr
Müalicə necə aparılır
Dermatoskopla müayinə: ləkənin xarakteri və dərinliyi qiymətləndirilir
Piqmenti azaldan yerli vasitələr
Kimyəvi pilinq kursu
Hər gün, hava buludlu olsa belə SPF 50 və şlyapa
SPF olmadan piqmentasiya müalicəsi suyu ələklə daşımaq kimidir.