Aknedən estetik dermatologiyaya qədər
Akne, piqmentasiya, saç tökülməsi və digər dəri problemləri, eləcə də estetik prosedurlar. Hər səhifədə problemin nə olduğunu, niyə yarandığını və müalicənin necə qurulduğunu sadə dillə izah etmişəm.
Dəriniz sizə hansı siqnalı göndərir?
Diaqnozun adını bilməyiniz vacib deyil. Gördüyünüzü seçin, sizə uyğun səhifəni göstərim.
Akne
Dəri, saç və dırnaq
Akne müalicəsi
Sızanaqların növünü və səbəbini tapıb, iz qoymadan sakitləşdirən fərdi plan.
Yetkin yaşda akne
25 yaşdan sonra çənə və boyunda yaranan, hormonlarla bağlı səpgilər.
Akne izləri və çapıqlar
Postakne ləkələrinin açılması və çapıqların görünüşünün yumşaldılması.
Piqmentasiya və melazma
Günəş, hormon və iltihabdan sonra yaranan ləkələrin diaqnostikası və müalicəsi.
Rozasea
Üzdə davamlı qızartı, damar toru və həssaslığın uzunmüddətli nəzarəti.
Perioral dermatit
Ağız ətrafındakı qızartı və xırda səpgilərin səbəbini tapıb müalicə etmək.
Saç tökülməsi
Trixoskopiya ilə səbəbin müəyyən edilməsi və saçın bərpasına yönəlik müalicə.
Göbələk infeksiyaları
Rəngbərəng dəmrov, dırnaq və dəri göbələyinin laborator diaqnozu və müalicəsi.
Zöhrəvi xəstəliklər
Cinsi yolla keçən infeksiyaların məxfi müayinəsi, analizi və müalicəsi.
Kimyəvi pilinq
Akne, ləkələr və qeyri-bərabər dəri tonu üçün dəriyə uyğun seçilən pilinq.
Botoks, mezoterapiya, biorevitalizasiya
Trend üçün yox, ehtiyac üçün: göstərişə görə seçilən iynə prosedurları.
Çatlar və striyalar
Yeni və köhnə çatların fərqi, kremin və prosedurların imkanları.
Qəbula yazıl
Bu müalicənin sizə uyğun olub-olmadığını müayinədən sonra birlikdə müəyyən edirik.
Müraciətdən sağlam dəriyə dörd addım
Dəri müalicəsi bir dəfəlik görüş deyil. Diaqnoz, fərdi plan və nəzarət birlikdə nəticə verir.
Müraciət
Onlayn randevu ilə yazılırsınız, sualınız olsa WhatsApp-a yazırsınız. Sizə uyğun görüş növünü birlikdə seçirik.
Müayinə və dəri analizi
Dərinizi dermatoskopla müayinə edir, lazım olanda analiz təyin edir, gündəlik qulluğunuzu soruşuram.
Fərdi plan
Müalicəni, prosedurları və evdə qulluğu dəri tipinizə və həyat tərzinizə uyğun qururam.
Nəzarət
Nəticəni planlı görüşlərlə izləyir, lazım olanda planı dəyişirik. Suallarınız cavabsız qalmır.