Bütün xidmətlər
Kimyəvi pilinq
Akne, ləkələr və qeyri-bərabər dəri tonu üçün dəriyə uyğun seçilən pilinq.
Kimyəvi pilinq dəriyə xüsusi turşu tərkibli məhlulun çəkilərək üst qatın idarə olunan şəkildə yenilənməsidir. Düzgün seçildikdə akne, postakne ləkələri, piqmentasiya və qeyri-bərabər dəri teksturası üçün effektiv prosedurdur.
Nələrə kömək edir
- Aktiv akne və tıxanmış məsamələr
- Postakne ləkələri və səthi izlər
- Piqmentasiya və melazma (kurs şəklində)
- Solğun, qeyri-bərabər dəri tonu
Necə aparılır
Pilinqin növünü və konsentrasiyasını dəri tipinizə və problemə görə seçirəm. Prosedur 20-40 dəqiqə çəkir, adətən 2-4 həftə ara ilə bir neçə seansdan ibarət kurs təyin olunur. Payız və qış aylarında aparmaq daha məqsədəuyğundur.
Prosedurdan sonra
- Bir neçə gün yüngül qızartı və qabıqlanma normaldır
- Qabıqları qoparmayın
- Gündəlik SPF mütləqdir
- Bir həftə ərzində skrab və aktiv kosmetikadan istifadə etməyin